“Roketsan”ın təkmilləşdirilmiş TRLG-230 raketi xidmətə hazırdır

“Roketsan”ın təkmilləşdirilmiş TRLG-230 raketi xidmətə hazırdır

Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan, istehsal prosesində atış uzaqlığı artırılan TRLG-230 raketi xidmətə hazırdır.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir bildirib.

“150 km mənzilli, yüksək həssaslığa sahib TRLG lazer tuşlamalı raketimiz və daha uzun mənzillərdə müxtəlif raketlərimiz: ATMACA, BORA, İLDIRIM və QASIRĞA raketlərimiz xidmətə hazır vəziyyətdədirlər” – deyə SSB başqanı vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Roketsan” şirkəti TRLG-230-un texniki xüsusiyyətləri haqqında paylaşdığı məlumatda raketin atış uzaqlığının 70 km olduğunu göstərirdi.

230 mm-lik TRLG-230 lazer tuşlama sisteminə malik olduqdan sonra, raketi hədəfə PUA-lar vasitəsilə yönləndirmək mümkün olub.

TRLG-230 raketi ilk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağ savaşında çox uğurlu şəkildə tətbiq edilib. Belə ki, müharibə zamanı Azərbaycana çatdırılan TRLG-230 raketləri “Bayraktar TB2” PUA-larının təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbələr endirməyə imkan verib. TRLG-230 raketi ilə hədəflər yüksək dəqiqliklə vurulub.

Poliqon.az

CATEGORIES
TAGS