
Rusiyanın “Roselektronika” holdinqi (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) FPV tipli tutucu dronların mühərrikləri üçün nəzərdə tutulmuş “Qartallar sürüsü” adlı kontrollerlərin seriyalı istehsalına başlayıb.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.
Bildirilib ki, yüksək sürətli işləmə və pik yüklənmələrə davamlılıq nəzərə alınmaqla hazırlanan “Qartallar sürüsü” kontrolleri eyni vaxtda dörd mühərriki idarə edə bilir. Sistem uçuş zamanı real vaxt rejimində mühərriklərin vəziyyətini izləməyə və onların parametrlərini dəyişdirməyə imkan verir. Kontroller qrup halında istifadə zamanı elektromaqnit maneələrinin təsirindən qorunma funksiyasına malikdir.
“Rostex” iddia edir ki, texniki xüsusiyyətlərinə görə “Qartallar sürüsü” kontrollerinin hazırda Rusiyada analoqu mövcud deyil.




