“Roshelikopter” Mi-171A2-ni ABŞ-da nümayiş etdirdi
“Roshelikopter” şirkəti ABŞ-ın Dallas şəhərində keçirilən “HeliExpo-2012” sərgisində qlobal bazar üçün hazırlanmış Ka-32A11VS və Mi-171A2 helikopterini təqdim edib. Bu barədə “AzeriDefence” saytına “Oboronprom” Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.
Sərgidə iştirak edən “Roshelikopter” şirkətinin baş direktoru Dmitri Petrov bildirib ki, Mi-171A2 Rusiyanın orta sinfli helikopter bazarında hələ uzun illər liderliyini saxlayacaq.
Məlumatda qeyd olunub ki, Mi-171A2 helikopterlərində uçuş uzaqlığını və yükqaldırma qabiliyyətini artıran daha güclü və qənaətli mühərriklər qurmaq planlaşdırılır. Helikopter gücləndirilmiş transmissiya malik olacaq və sükan vintində əsaslı dəyişikliklər ediləcək. Həmçinin hər cür hava şəratinində uçuşlar aparmağa imkan verən çoxfunksiyalı maye kristal ekranlarla təchiz olunacaq.
Rusiya Mi-171A2 seriyalı sertifikatlaşdırılmış helikopterləri sifarişçilərə 2014-cü ilin əvvəlindən çatdırmağı planlaşdırır.