“Rostex” Rusiya Müdafiə Nazirliyinə 120 mm-lik mianaatanlar təhvil verib

“Rostex” Rusiya Müdafiə Nazirliyinə 120 mm-lik mianaatanlar təhvil verib

“Rostex” Dövlət Korporasiyası 2023-cü ilin dövlət müdafiə sifarişi çərçivəsində modernləşdirilmiş 120 mm-lik 2S12A “Sani” minaatanlarının növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlki il ilə müqayisədə bu avadanlığın istehsalı 2 dəfə artıb.

2S12A “Sani” minaatan kompleksi sığınacaqlarda və təpələrin arxasındakı düşməni məhv etmək üçün nəzərdə tutulub. 120 mm-lik minaatan istifadəçiyə düşmənin atəş nöqtələrini, komanda məntəqələrini, səngərlərini, sığınacaqlarını və mövqelərini vurmağa, eləcə də müdafiənin ön xəttini işıqlandırmağa imkan verir. Yedəyə alınaraq daşınan 2S12A “Sani” minaatanı, bölmələrə yüksək hərəkətlilik qabiliyyəti təmin edir.

“Sani” kompleksinə daxil olan 2B11 minaatanı yüksək atəş sürətinə və döyüş dəqiqliyinə malikdir. Onun atış məsafəsi 7 kilometrdən çoxdur. O, hədəfləri yüksək dəqiqliklə məhv etmək üçün “Qran” atəşi idarəetmə sistemi ilə birlikdə istifadə oluna bilər.

“Biz Müdafiə Nazirliyinə müasir “Sani” minaatanlarının daha bir partiyasını təhvil verdik. Bu texnika müasir döyüş şəraitində problemlərin həllində etibarlılığını, səmərəliliyini və istifadəsinin asanlığını sübut etmişdir. Ona tələbat yüksəkdir və buna görə də biz onun istehsalını artırmışıq. 2023-cü ildə Müdafiə Nazirliyi 2022-ci illə müqayisədə bu minaatan sistemlərdən iki dəfə çox alacaq. Cəbhədə onları çox gözləyirlər”, – deyə “Rostex”in silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib.

Poliqon.az

CATEGORIES
TAGS