Sənaye
“АRS-600” 600 metr dərinlikdə xilasetmə işlərini həyata keçirəcək

Dənizdə axtarış-xilasetmə işlərinin aparılması üçün nəzərdə tutulan “АRS-600” aparatının sınaq testləri yekunlaşıb.
“AzeriDefence”nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hərbi-dəniz qüvvələrinin təyinatına uyğun yaradılan avadanlığın sınaqları Qara dənizdə aparılıb.
İki nəfərlik avadanlıq suyun 600 metr dərinliyində xilasetmə işlərini həyata keçirə biləcək.
Nazirlikdən o da qeyd olunub ki, “АRS-600” bu ilin noyabrının sonunadək silahlanmaya qəbul olunacaq.



