Rumıniya Cənubi Koreyadan K9 ÖAQ-lar alır
Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti Rumıniya Silahlı Qüvvələrinə K9 özüyeriyən artilleriya qurğuları (ÖAQ) tədarük edəcək.
“Poliqon” “Hanwha Aerospace”ə istinadən xəbər verir ki, bunun üçün şirkət və Rumıniya Milli Müdafiə Nazirliyi arasında dəyəri 1.382 trilyon Cənubi Koreya vonu (998 milayrd ABŞ dolları) olan müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Rumıniya Silahlı Qüvvələri 54 ədəd K9 ÖAQ və 36 ədəd K10 nəqletmə-doldurma maşını (NDM) əldə edəcək. İstehsalçı şirkət sözügedən texnikaların çatdırılmasına 2027-ci ildən başlayacaq.
Qeyd olunub ki, K9, Rumıniya tərəfindən yeni ÖAQ-ların satın alınması üçün elan edilən tenderdə Almaniyanın PzH 2000 və Türkiyənin “Fırtına” özüyeriyən artilleriya qurğularını üstələyərək qələbə qazanıb.
TAGS K9