ALKA lazer silah sisteminin növbəti sınaqları həyata keçirilib – VİDEO

ALKA lazer silah sisteminin növbəti sınaqları həyata keçirilib – VİDEO

Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan ALKA yönləndirilmiş enerji silah sisteminin növbəti atış sınaqları həyata keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaqlar zamanı bir neçə ALKA silah sistemi hava və müxtəlif məsafələrdə yerləşdirilən quru hədəflərinə kilidlənərək onları məhv edib.

Bildirilib ki, ALKA, zirehli hədəflərə qarşı üstün imkanlar sərgiləyib.

Beləliklə, “Roketsan”ın yönləndirilmiş enerji silah sistemi əməliyyat meydanındakı texnoloji üstünlüyünü bir daha sübut edib.

Qeyd edək ki, ALKA  həm quru, həm də hava hədəflərini saniyələr ərzində aşkarlamaq, izləmək və məhv etmək imkanlarına malik yönləndirilmiş enerji silah sistemidir. Silah sistemi yaşayış məntəqələrində bombalı tələlərinin, yol kənarlarında yerləşdirilən əldəqayırma partlayıcı qurğuların (ƏPQ) zərərsizləşdirilməsi, habelə xüsusi olaraq hazırlanmış və üzərində faydalı yükləri (kamera, partlayıcı maddələr və s.) olan mini/mikro PUA və dron sürülərini təhlükəsiz məsafədə dayandırmaq yaxud məhv etmək üçün nəzərdə tutulub.

CATEGORIES
TAGS