Rus ekspertdən Azərbaycan müdafiə sənayesinə yüksək qiymət – FOTOLENT
Rusiyanın Dünya Silah Ticarətinin Analizi Mərkəzinin direktoru İqor Korotçenko öz internet-bloqunda İndoneziyada “İndoDefence-2012” sərgisində təmsil olunan Azərbaycan MSN-in nümayiş etdirdiyi məhsullardan bəhs edib. “AzeriDefence” onun bloqundakı bəzi qeydlərini təqdim edir.
“Cakartada “IndoDefence-2012” beynəlxalq silah sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin ekspozisiyası bütovlükdə yaxşı təəssüratı yaratdı. Azərbaycan stendi olduqca müvəffəqiyyətlə ziyarətçilərin və ekspertlərin əsas yolunun üzərində yerləşdirilmişdi”.
İ. Korotçenko Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovdan da bəhs edib: “Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovdan ayrıca bəhs etmək lazımdır. O digər ölkələrdən vəzifəsi statusuda şəxslərlə birgə sərginin işinin ikinci-üçüncü günündə Cakartadan digər adalara dincəlməyə gedə bilərdi. Amma o bunu etmədi. Bütün günlərini stenddə idi, intensiv danışıqları aparır, sərgidəki xarici silah və hərbi texnika nümunələriylə tanış olurdu. Bu baxımından prezident İlham Əliyev öz müdafiə sənayesi nazirindən tamamilə razı ola bilər. Yavər Camalovun təyinatı vaxtı seçim düzgün edilmişdi”.
Ekspert Azərbaycan stendinin planlaşdırılmasını bəyəndiyin xüsusilə vurğulayıb.
“Azərbaycan silah ixrac edən ölkələrinin siyahısına daxil olmaq niyyətindədir”, deyə o qeyd edib.
Hazırda Azərbaycan MSN-in müəssisələrində müxtəlif döyüş sursatlarının seriyalı istehsalı mənimsənilib. Artilleriya mərmiləri daxil olmaqla, minaatanlar, gündüz və gecə nişangahları, binokullar, tapançalar, geyim forması, 12,7 və 14,5 millimetr kalibrin snayper tüfəngləri, pulemyotlar, əl qumbaraları, aviasiya bombaları, RPQ-7V2 tipli qumbaraatan, həmçinin PUA-lar istehsal edilir.
Fotolar http://i-korotchenko.livejournal.com/ bloqundan götürülüb