Rus şirkəti yeni tapançaya “Putinberg” adını verib

Rusiyada bir şirkət yeni yaratdığı odlu silaha – tapançaya “Putinberg” adını verib. Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən məlumat verib.

Adıçəkilən ticarət markasının patentləşdirilməsi üçün “Rospatent” agentliyinə müraciət edilib və hazırda adın rəsmiləşdirilməsi ilə bağlı “Rospatent”də ciddi müzakirələr aparılır.

Müraciət edən tərəfin yeni markanın yazıldığından fərqli olaraq “patinberq” kimi tələffüz ediləcəyini əsas göstərməsi ekspertləri çıxılmaz vəziyyətə qoyub.

CATEGORIES