Rusiya 155 mm-lik “Krasnopol-M2” mərmisinin istehsalını 25 dəfə artıracaq

Rusiya 155 mm-lik “Krasnopol-M2” mərmisinin istehsalını 25 dəfə artıracaq

“Krasnopol-M2” idarə olunan artilleriya mərmilərinin istehsalı 2024-cü ildə 25 dəfə artacaq.

“Poliqon” xəbər verir ki, bunu TASS informasiya agentliyinə açıqlamasında “Tula Cihazqayırma Konstruktor Bürosu”nun icraçı direktoru Vyaçeslav Kovalev deyib.

Onun sözlərinə görə, müəssisənin istehsal imkanları Rusiya Sənaye və Ticarət Nazirliyinin dəstəyi sayəsində genişlənir.

Qeyd edək ki, bu mərmi “Krasnopol-M” idarə olunan artilleriya mərmisinin NATO standartlarına uyğun hazırlanmış 155 mm-lik versiyasıdır. Atəş yığımının tərkibinə lazerlə işıqlandırılan hədəfə yarıaktiv özütuşlamalı 155 mm çaplı K155M korrektə olunan yüksək qəlpəli-fuqas mərmisi daxildir. O, 25 km-ə qədər məsafədəki həm hərəkətli və hərəkətsiz, həm də zirehli və zirehsiz hədəfləri, mühəndis qurğularını ilk atışdan məhv etmək üçün təyin olunub.

Bu atəş yığımının tərkibinə daxil olan mərminin idarə edilməsi üçün Qərb istehsalı, məsələn, Fransanın CILAS şirkəti tərəfindən istehsal edilən DHY307 lazer hədəfgöstəricisidən də istifadə edilə bilər.

CATEGORIES
TAGS