Rusiya aviasiya parkını yeni Su-35S qırıcıları ilə gücləndirir – VİDEO
“Birləşmiş Aviasiya Korporasiyası”nın KnAAZ aviasiya zavodu yeni Su-35S qırıcılarını Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.
“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, Su-35S çoxməqsədli qırıcıları müxtəlif iş rejimlərində yer və uçuş sınaqlarından keçdikdən sonra KnAAZ aerodromundan xidmət yerinə uçublar.
Bildirilib ki, bu, 2024-cü ildə Rusiya Müdafiə Nazirliyinə çatdırılan Su-35S qırıcılarının ilk partiyasıdır.
Çatdırılma ilə bağlı fikirlərini bölüşən “Rostex” Dövlət Korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakov, Rusiya Müdafiə Nazirliyinin ölkədəki təyyarə istehsalçılarının qarşısında qoyduğu tələbdən danışıb: “Təyyarə istehsalçılarımızın qarşısında Rusiya Müdafiə Nazirliyi tərəfindən tələb olunan yeni təyyarələrin istehsalı və çatdırılması ritmini təmin etmək vəzifəsi durur. “Birləşmiş Aviasiya Korporasiyası”nın mütəxəssisləri həmçinin döyüş təyyarələrinin istismara yararlılığının saxlanması və uçuşa yararlılığının bərpası ilə məşğul olurlar.
Qoşunlara verilən təyyarələr yüksək uçuş performansı və manevr qabiliyyəti ilə seçilir. Su-35S ən qabaqcıl avadanlıq, uzun mənzilli məlumat və hədəfləmə sistemləri ilə təchiz olunub. Müasir bort sistemləri həm qırıcı ilə yerüstü idarəetmə məntəqələri, həm də təyyarələr arasında rabitə və yüksək sürətli məlumat mübadiləsi yaratmağa imkan verir”.
Qeyd olunub ki, KnAAZ aviasiya zavodu Rusiyanın Hava-Kosmik Qüvvələri üçün Su-35S və Su-57 döyüş təyyarələrinin tədarükü üzrə dövlət müdafiə sifarişini yerinə yetirməyə davam edir.