Rusiya HKQ-yə təhvil verilən təyyarə və helikopterlərin sayı bəlli olub

Rusiya HKQ-yə təhvil verilən təyyarə və helikopterlərin sayı bəlli olub

2023-cü ildə Rusiyanın Hava-Kosmik Qüvvələrinə (HKQ) 250-dən çox təyyarə və helikopter təhvil verilib.

“Poliqon” Rusiyanın “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, ötən il müdafiə sənayesi müəssisələri tərəfindən Hava-Kosmik Qüvvələrinə 100-dən çox yeni və təmir edilmiş təyyarə, eləcə də 150 ​​helikopter çatdırılıb.

Bildirilib ki, dövlət müdafiə sifarişlərinin yerinə yetirilməsi “Rostex” üçün əsas prioritetdir və korporasiyası bu sifarişləri tam şəkildə həyata keçirir.

“Rostex” Dövlət Korporasiyası Rusiya Müdafiə Nazirliyini aşağıdakı helikopter və təyyarələr ilə təchiz edir:

  • Ka-52 və Mi-28 hücum helikopterləri;
  • Çoxməqsədli Mi-8 və digər helikopterlər;
  • Su-57, Su-35S, Su-34 və Su-30SM2 qırıcıları;
  • İl-76MD-90A hərbi nəqliyyat təyyarələri;
  • Yak-130 döyüş-təlim təyyarələri və s.
CATEGORIES
TAGS