Rusiya idarə olunan artilleriya mərmilərinin istehsalını artırır

Rusiya idarə olunan artilleriya mərmilərinin istehsalını artırır

Rusiyanın “Kalaşnikov” konserni 122 mm-lik “Kitolov-2M” idarə olunan artilleriya mərmilərinin istehsalını artırır.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, bu mərmilər ötən ilin dekabr ayında sənaye istismarı üçün istifadəyə verilən yeni istehsal müəssisələrində istehsal olunur.

“Kitolov-2M”, artilleriya qurğularını və minaatanları atəş mövqelərində, o cümlədən 10 m/s-ə qədər sürətlə hərəkət edən və ya sabit olan, açıq və səngərlərdə yerləşən özüyeriyən artilleriya qurğuları (ÖAQ), BMP və BTR-ləri, mühəndislik məqsədli torpaq-odun tikililəri, sığınacaq və bunkerləri məhv etmək üçün nəzərdə tutulub.

Mərminin kalibri 122 mm-dir və qəlpəli-fuqas döyüş başlığına malikdir. Onun hədəfi vurma üsulu qalxış-dalış trayektoriyası boyunca yuxarıdan həyata keçirilir.

Rusiya Ordusu tərəfindən xüsusi hərbi əməliyyat zonasında fəal şəkildə tətbiq olunan “Kitolov-2M”in istehsalı son iki ildə bir neçə dəfə artırılıb. “Kalaşnikov” konserni 2025-ci ildə yüksək dəqiqlikli raket-artilleriya silahlarının 2024-cü illə müqayisədə 60%, 2023-cü illə müqayisədə isə 170% daha çox istehsalını planlaşdırır.

CATEGORIES
TAGS