Rusiya istənilən tankı və PDM-i döyüş robotuna çevirə bilər
Rusiyanın “Rostex” Dövlət Korporasiyası istənilən tankı, piyada döyüş maşınını (PDM) və ya zirehli personal daşıyıcısını uzaqdan idarə olunan döyüş robotuna çevirə bilər.
“Poliqon” xəbər verir ki, bunu “Rostex”in silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib.
“Biz istənilən tankı, piyada döyüş maşınını və ya zirehli personal daşıyıcısını uzaqdan idarə olunan robota çevirməyə imkan verəcək proqram və aparat sistemlərini inkişaf etdirmək üçün ciddi yetkinliyə sahibik. “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin “Prometey” proqram-texniki kompleksi buna nümunədir. Əgər onu qabaqcıl atəşi idarəetmə sistemləri ilə inteqrasiya etsəniz, sözün tam mənasında döyüş robotu əldə edirsiniz”, – deyə B.Ozdoyev qeyd edib.