Xəbərlər

Rusiya Müdafiə Nazirliyi: Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahlarıyla fasiləsiz qarşılıqlı əlaqə təşkil edilib

Ötən gün Qarabağa sülhməramlı bölmələri və onların əmlakını daşıyan Rusiyanın Hava-Kosmik Qüvvələrinə məxsus 20 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsi Ulyanovsk şəhərindən Ermənistana uçuş edib.

“Azeri Defence”nin Rusiyanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, təyyarələr vasitəsi ilə 170-dən çox hərbi qulluqçu, 20-dən çox yük avtomobili, maddi-texniki təminat vasitələri Ermənistana çatdırılıb.

“Sülhün təmin edilməsi, mümkün hadisələrin qarşısının alınması və Rusiya hərbi qulluqçularının təhlükəsizliyin təmin olunması məsələləri üçün Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahlarıyla fasiləsiz qarşılıqlı əlaqə təşkil edilib. Birbaşa əlaqə kanalları qurulub”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, atəşkəs zonasında Rusiya Federasiyasının sülhməramlı əməliyyatlar üçün ayrılmış 15-ci motoatıcı briqadasının 1960 hərbi qulluqçusu, 90 zirehli maşın və 380 ədəd xüsusi texnika yerləşdiriləcək.

 

Back to top button