Rusiya Müdafiə Nazirliyi texnika parkında utilizasiyaya aparır
Rusiya Müdafiə Nazirliyi köhnə zirehli texnikaların və avtomobillərin istismardan kütləvi çıxarılması prosesinə başlayır.
“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı Rusiya Müdafiə Nazirliyinin Avtozirehtank Baş İdarəsinin rəisi, general-leytenant Aleksandr Şevçenko verib.
O deyib ki, artıq 2011-ci ildə hökumətlə əldə olunan razılaşmaya əsasən modernləşmə potensialı imkanı olmayan, avtomobil və tank parkında utilizasiya işlərinə başlanılıb.
İdarə rəisi qeyd edib ki, bundan sonra avtoparkda dizel mühərriklə çalışan maşınlara daha çox üstünlük veriləcək və bununla bağlı kütləvi işlərə başlanılıb. Modernləşməsi mümkün olmayan QAZ-66 və ZİL-131 maşınları da istismardan çıxarılacaq. Bundan sonra əsas üstünlük “КамАZ” və “Urаl” maşınlarına veriləcək. Bu proses Т-55, Т-62 və Т-64 tanklarına da şamil ediləcək.