Xəbərlər

Rusiya Ordusu S-350 “Vityaz” ZRK ilə yenidən silahlanmağa başlayıb

Rusiya Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarını yeni zenit raket kompleksi (ZRK) olan S-350 “Vityaz” ilə yenidən silahlandırmağa başlayıb.

“Poliqon” xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin məlumatına görə, CHD-nin Zenit-raket alayının yenidən silahlanması davam edir.

Krasnodar əyalətində yerləşən bölmənin yenidən silahlandırılması barədə məlumatı CHD Komandanı ordu generalı Aleksandr Dvornikov elan edib.

O, konkret bölməni və prosesin başaçatma müddətini qeyd etməyib.

Xatırladaq ki, 2020-ci ilin fevral ayında ilk S-350 “Vityaz” ZRK dəsti Leninqrad vilayətindəki Zenit Raket Qoşunlarının 11-ci Təlim Mərkəzinə göndərilib. Hazırda onun üzərində bir neçə rus zenitçi-əsgər qrupuna təlim verilir.

Bundan əvvəl, Rusiya Müdafiə Nazirliyi 12 divizion S-350 “Vityaz” ZRK-nin 2021-ci ildən 2027-ci ilədək Rusiya Hava-Kosmik Qüvvələrinin silahlanmasına qəbul etmək niyyətini açıqlanmışdı. Yeni S-350 “Vityaz” ZRK-nin beş hava hücumundan müdafiə alayına çatdırılması planlaşdırılıb.

S-350 “Vityaz” ZRK pilotlu aviasiya vasitələrini (təyyarələr, helikopterlər), pilotsuz uçuş aparatlarını, həmçinin aşağı hündürlükdə uçan hədəflər daxil olmaqla qanadlı və ballistik raketləri vura bilən orta mənzilli zenit raket kompleksidir.

Yeni ZRK ordudakı Sovet istehsalı olan S-300PS və Buk-M1-2 kimi ZRK-lərin yerini tutmalıdır.

S-350 “Vityaz” ZRK-dən atılan raketlərin eyni zamanda vura biləcəyi hədəflərin maksimal sayı: aerodinamik hədəf – 16 ədəd və ballistik hədəf – 12 ədəddir. Maksimal məhvetmə məsafəsi – 60 km, hündürlük – 30 km-dir. Sistemin döyüş mövqeyində açılma müddəti 5 dəqiqə təşkil edir.

Əhəd Əzizov

Poliqon.az

Back to top button