Xəbərlər

Rusiya Ordusuna 25 ədəd S-400 ZRK təhvil verilib

Rusiya Silahlı Qüvvələrinə dövlət silahlanma proqramı çərçivəsində son 4 il ərzində ümumilikdə 25 ədəd S-400 zenit-raket kompleksi (ZRK) və 70-dən çox müasir qırıcı təyyarə təhvil verilib.

“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi və müdafiə sənayesi nümayəndələri ilə görüşündə bildirib.

Putin onu da qeyd edib ki, dövlət silahlanma proqramı çərçivəsində son 4 ildə 20-dən çox S-300 ZRK və 90 ədəd hərbi təyyarə modernləşdirilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button