Rusiya Ordusuna “Gibka-S” kompleksi tədarük ediləcək
Rusiya Ordusuna 2022-ci ildə “Gibka-S” ultura qısa mənzilli hava hücumundan müdafiə (HHM) kompleksinin ilk partiyası təhvil veriləcək.
Bu barədə “Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
“Gibka-S” HHM kompleksi kəşfiyyat avadanlığı və vahid taktiki idarəetmə sisteminin tərkib hissəsi olan avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz olunub ki, bu da onlara HHM-də gecə-gündüz döyüş növbətçiliyini yerinə yetirməyə və real vaxt rejimində atəşə nəzarət etməyə imkan verəcək.
“Gibka-S” kompleksi günün istənilən vaxtında məhdud görünmə şəraitində belə aşağı hündürlüklərdə uçan təyyarələrə, helikopterlərə, pilotsuz uçuş aparatlarına, qanadlı raketlərə və dəqiq silah sistemlərinə qarşı tətbiq edilə biləcək.
“Gibka-S” kompleksi 4 ədəd “İqla”, “İqla-S” və ya “Verba” raketləri ilə komplektləşdirilə bilir. HHM kompleksi “Tiqr-M” zirehli döyüş maşınına quraşdırılıb.
Rizvan Fikrətoğlu