Rusiya ordusunun arsenalına 240-dan çox yeni tank daxil olacaq

Rusiya ordusunun arsenalına 240-dan çox yeni tank daxil olacaq

Cari ildə Rusiya Quru Qoşunlarının bölmələrinin arsenalına 240-dan çox müasir və modernləşdirilmiş T-72B3M, T-80BVM və T-90M “Proryv” tankları daxil olacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko mətbuata açıqlamasında bu ilin sonuna qədər Rusiya ordusunun silahlanmasına 20 ədəd T-14 “Armata” və 65 ədəd T-90M “Proryv” tankının alınacağını bildirmişdi.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS