Rusiya “Pantsir-S1” ZTRK-nin ixracını artıracaq
Rusiya yaxın gələcəkdə “Pantsir-S1” zenit raket-top komplekslərinin (ZTRK) ixracını artırmağı planlaşdırıb.
Bu barədə “Poliqon” “RİA Novosti”yə istinadən xəbər verib.
Bu günə qədər “Pantsir-S1” kompleksi Serbiya və Myanma tərəfindən alınıb.
“Pantsir-S1” ZTRK qısa mənzilli hava hücumundan müdafiə sistemlərinə aiddir və 20 km-ə qədər məsafədə idarə olunan raketlərlə hava hədəflərini vurmağa qadirdir.
Kompleksin silahlanmasına həm hava, həm də yer hədəflərinə qarşı istifadə edilə bilən 30 mm-lik 2 ədəd top daxildir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər