Rusiya “Şahed-236” PUA-nın istehsalını lokallaşdırır
Bir qrup haker İranın IRGC Sahara Thunder şirkətinin Rusiyada “Şahed-236” pilotsuz uçan aparatlarının (PUA) istehsalının lokallaşdırılması və “107” pilotsuz uçan aparatların buraxılması niyyəti barədə çoxlu sənədlərin mövcud olduğu poçt serverlərini sındırıb.
“Poliqon” xəbər verir ki, əldə edilmiş məlumatlar İnternet şəbəkəsində ictimaiyyətə açıqlanıb.
2024-cü il fevralın 4-də “PRANA Network” haker qrupu İslam İnqilabı Keşikçiləri Korpusunun “Sahara Thunder” adlı fiktiv şirkətinin serverlərindən Rusiya ilə əməkdaşlığa dair bir sıra sənədlərin əldə edildiyini elan edib (fiktiv şirkət – əsl istehsalçının kimliyini gizlətmək üçün əməliyyat həyata keçirmək məqsədi ilə xüsusi olaraq yaradılmış hüquqi şəxsdir).
Sənədlərdə, xüsusən, İranın “Şahed-236” ailəsi PUA-larının istehsalının Rusiyanın “Alabuqa” xüsusi iqtisadi zonasında yerli obyektlərdə lokallaşdırılması müzakirə olunub.
Qeyd olunur ki, 2023-cü il aprelin 4-dən 8-dək olan müddətdə “Alabuga” ASC-nin təyyarə planerləri, avionika, mühərrik istehsalı üzrə mütəxəssisləri və İT sektorunun nümayəndələri daxil olmaqla nümayəndə heyəti İrana səfər edib.
Əhəd Vahidoğlu