Rusiya “Şahin” termal nişangahının sınaqlarına başlayıb
Rusiya Hava Desant Qoşunları yerli istehsal olan “Şahin” termal nişangahının sınaqlarına başlayıb. Öz sinfində dünyada ən yaxşı termal nişangahlardan olacağı iddia edilən “Şahin” hətta sığınacaqdan atəş açmağa imkan verir.
“Şahin” termal nişangahı “Siklon” Elmi Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb. Bu sınaqlara qədər nişangah Daxili Qoşunlarının xüsusi təyinatlı bölmələrində müvəffəqiyyətlə sınaqdan keçirilib. “Şahin” tüfəngə, karabinə və ya avtomata qurmaq mümkündür.
KATEQORIYA: Sənaye