Xəbərlər

Rusiya Serbiyaya zirehli texnika tədarükünü davam etdirir

Rusiyanın İl-76TD hərbi yük təyyarəsi ilə Serbiyanın Bataynitsa aerodromuna BRDM-2S zirehli kəşfiyyat-dozor maşınından (ZKDM) və T-72B1MS “Belıy oryol” əsas döyüş tanklarından (ƏDT) ibarət zirehli texnikaların yeni partiyası gətirilib.

“Poliqon” xəbər verir ki, bu barədə serbiylı istifadəçilər tərəfindən sosial şəbəkələrdə fotoşəkillər yayımlanıb.

Ümumilikdə, Belqrada bu tip texnikaların hərəsindən 30 ədəd təmin etmək niyyəti açıqlanıb. Göründüyü kimi, qalan 20 ədəd zirehli kəşfiyyat-dozor maşının və əsas döyüş tanklarının yeni partiyası ötürülüb.

Xatırlatmaq lazımdır ki, zirehli texnikaların ilk partiyası Serbiyaya 2020-ci ilin oktyabrında çatdırılıb. Qeyd etmək lazımdır ki, BRDM-2MS ZKDM xüsusilə Serbiya üçün təkmilləşdirilib. BRDM-2MS ZKDM-də əlavə təkərlər çıxarılıb, əlavə asma ballistik müdafiə quraşdırılıb, minaya qarşı davamlığı artırılıb. Döyüş vəziyyətində kütləsi 6900 kq-a endirilib və 140 at gücünə malik QAZ-41 mühərriki 150 at gücündə yeni dizel mühərriklə əvəz edilib. Buna görə iki dəfə çox yanacaq üzrə gediş ehtiyatı (1500 km) əldə olunub. BRDM-2MS ZKDM-də atəşi idarəetmə sistemi tamamilə yenilənib və hərəkətdə olan zaman atəş açmağa imkan verən iki stabilləşdirilmiş nişangahla təchiz edilib.

T-72B1MS (obyekt 184-1MS) ƏDT isə T-72B1 tankının təkmilləşdirilmiş variantıdır və baza maşınından komandirin panorama nişangahı ilə fərqlənir.

Əhəd Əzizov

Poliqon.az

Back to top button