Rusiya “Skalpel” süzən sursatını seriyalı istehsal etməyi planlaşdırır

Rusiya “Skalpel” süzən sursatını seriyalı istehsal etməyi planlaşdırır

Rusiyanın “Vostok” konstruktor bürosu cari ilin oktyabr ayından “Skalpel” süzən sursatını seriyalı istehsal etməyi planlaşdırır.

“Poliqon” bildirir ki, bu barədə TASS informasiya agentliyinə “Vostok” konstruktor bürosundan məlumat verilib.

Qeyd olunub ki, hazırda konstruktor bürosu tərəfindən süzən sursatın uçuş sınaqları keçirilir.

“Vostok” konstruktor bürosunun Rusiya Ordusunun süzən sursat ehtiyacını qarşılamaq məqsədilə hazırladığı “Skalpel”in ümumi kütləsi 10.5 kq, döyüş başlağının ağırlığı 5 kq, sürəti 120 km/saat və uçuş məsafəsi 40 kilometrdir.

CATEGORIES
TAGS