Rusiya Sərhəd Qoşunları ekranoplanların tikintisi üzrə mərkəz yaradacaq
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları ekranoplanların tikintisi üzrə mərkəzi yaratmaq niyyətindədir. Rusiya hərbi nəşrlərinin Federal Təhlükəsizlik Xidmətinə istinadən verdikləri məlumata görə, hazırda Nijni-Novqorodda “Orion-20” ekranoplanının tikintisi yekunlaşmaq üzrədir. Bu «uçan gəmi»də mühərriklər, naviqasiya-pilotaj avadanlığı, idarə sistemləri və təhlükəsizlik xidməti texnologiyaları sınaq keçiriləcək.
Bundan sonra Petrozavodskda və Nijni-Novqorodda bu tip gəmilərin istehsal prosesi davam etdiriləcək.
Hazırda Rusiyada belə ekranoplanlar mövcuddur. 2012-ci ilin noyabrından isə istehsalçılar “İvolqa” ekranoplanın tikilməsinə başlayacaqlar.
Məlumat da o da bildirilib ki, Rusiyada 2010-cu ildən 50-3000 ton su həcmli ekranoplanların tikintisinə diqqət yönəldib. İlk belə təşəbbüs Rusiya Müdafiə Nazirliyi tərəfindən gəlsə də hazırda Müdafiə Nazirliyi belə gəmilərə maraq göstərmir.