Xəbərlər
Rusiya sülhməramlıları və hərbi zirehli vasitələrini daşıyan 9 ədəd İl-76 təyyarə Dağlıq Qarabağa yola düşüb

Rusiyadan göyərtəsində sülhməramlıların olduğu 9 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsi Dağlıq Qarabağa yola düşüb.
“Azeri Defence” saytı xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Göyərtəsində Rusiya sülhməramlılarının olduğu 9 ədəd İl-76 təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yola salınıb.
Təyyarələrdə sülhməramlıların şəxsi heyəti, avtomobil texnikası, hərbi zirehli vasitələr var”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd edək ki, ümumilikdə Dağlıq Qarabağda 1960 Rusiya sülhməramlısının yerləşdirilməsi nəzərdə tutulub.




