Rusiya T-50 qırıcılarının sayını artırır
Rusiya Silahlanma üzrə Dövlət Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinə (HHQ) əlavə olaraq 60 ədəd T-50 qırıcı təyyarələri verəcək.
“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı Rusiya HHQ-nın komandanı, general-polkovnik Aleksandr Zelin verib. A. Zelin deyib ki, T-50 hava məkanını fəth etmək məqsədilə istehsal olunub və bu səbəbdən də həmin qırıcı yalnız birinci dərəcəli pilotlar tərəfindən idarə olunacaq.
A. Zelin qeyd edib ki, təyyarənin sınaq prosesi mərhələli və cədvələ uyğun aparılır. Sınaqlar zamanı qırıcının bütün tərəflər üzrə imkan və xarakteriskası dəyərləndirilir: “Təyyarənin sınağı zamanı texniki problem əmələ gəlib. Əlbəttə, yeni döyüş maşını istehsal olunan zaman hər şey hamar gedə bilməz”.
KATEQORIYA: Aerospace