Rusiya “Tayfun” layihəli MRAP-ın sınaqlarına başlayıb

Rusiyada hazırlanmış “Tayfun” layihəli (Ural-63095) yeni minaya qarşı qorumalı (MRAP) nəqliyyat vasitəsinin sınaqlarına başlanıb. “AzeriDefence” saytının məlumatına görə, 12 heyətin daşınması üçün nəzərdə tutuan Tayfun heyətin balistik və minaya qarşı müdafiəsini təmin edir.

İstehsalçıların sözlərinə görə, maşın Rusiya ordusunda cari istifadədə olan anoloqlarından daha yaxşı qorumanı təmin edir.

Baş konstruktor Oleq Yakupovun sözlərinə görə, avtomobilin zirehi heyəti KQS, atıcı silahların güllələrindən, tank əleyhinə minaların partlayışından, əldəqayrılma partlayıcı qurğulardan yüksək səviyyədə mühafizə edir. Hətta mühafizə səviyyəsi maşının NATO anoloqları ilə eynidir.

Avtomobil pulemyot, peyk naviqasiyası və gecə müşahidə aparmaq üçün gecə görmə cihazlarıyla təchiz edilib.

KATEQORIYA: