Sənaye
Rusiya TOS-1A odsaçanından yeni termobarik mərminin atışların keçirəcək

Rusiya Silahlı Qüvvələri TOS-1A “Solnsepyok” ağır odsaçanından müasirləşdirilmiş termobarik mərminin sınaqlarını keçirəcək. Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən məlumat verib.
Müasirləşdirilmiş mərminin atış uzaqlığı 2 dəfə artırılaraq 6 kilometr və daha çox məsafəyə çatdırılıb. Mərminin atəş gücü 15-20% yüksəldilib.
Atış sınaqları Cənub Hərbi Dairəsi ərazisində keçiriləcək.



