Xəbərlər

Rusiyada “Kornet” TƏİR-in PUA-lar üçün modifikasiyası hazırlanıb

Rusiyanın müdafiə sənayesi kompleksi tərəfindən pilotsuz uçuş aparatları (PUA) üçün yeni idarəolunan raket hazırlanıb.

“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, X-BPLA adlanan idarəolunan aviasiya raketi “Kornet-D” tank əleyhinə idarəolunan raketin (TƏİR) modifikasiyasıdır.

X-BPLA raketinin zərbə pilotsuz uçuş aparatları ilə yanaşı Ka-52M tipli kəşfiyyat-zərbə helikopterinə inteqrasiyası nəzərdə tutulub.

Bildirilib ki, yeni idarəolunan raket “Orion” (“İnoxodets”), “Forpost” və “Altius” PUA-larında, o cümlədən Ka-52M helikopterində sınaqdan keçirilib. Sınaqlar çərçivəsində “Orion” PUA-dan buraxılan raket 4 km məsafədən hədəf PUA-nı dəqiqliklə vura bilib.

Məlumatda o da qeyd olunub ki, 10 km-ə qədər atış uzaqlığına malik yeni raket ağır zirehli maşınları, habelə aşağı hündürlükdə uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

Rizvan Fikrətoğlu
Poliqon.az

Back to top button