Rusiyada PUA-lara qarşı “Kaspersky Antidrone” sistemi yaradılıb – VİDEO

Rusiyada PUA-lara qarşı “Kaspersky Antidrone” sistemi yaradılıb – VİDEO

Kompyüter viruslarına qarşı antivirusun yaradıcısı olan “Kaspersky Laboratoriyası” indi də pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparacaq.

“Poliqon” TASS agentliyinə istinadən xəbər verir ki, şirkət PUA aşkarlanması və onlara qarşı mübarizə aparan “Kaspersky Antidrone” sistemini yaradıb.

Sistem neyron şəbəkədən istifadə edərək radar aşkarlamasını, radiotezlik aşkarlamasını və vizual identifikasiyanı əhatə edir. Həmçinin sistemə PUA-nın susdurulması üçün zərərsizləşdirmə modulları da quraşdırmaq mümkündür.

Bu günlərdə Moskvada keçirilən “İnterpolitex-2021” sərgisində PUA-lara qarşı “Kaspersky Antidrone” sisteminin nümayişi baş tutub. Şirkət nümayəndələrinin sözlərinə görə, artıq kompleksin satışına başlanılıb və bu günə kimi ilk sifarişlər hava limanlarından, eləcə də iri kütləvi tədbirlərin təşkilatçılarından daxil olub.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS