Rusiyada raket əleyhinə sisteminin yeni raketi sınaqdan keçirilib

Rusiya Hava-Kosmik Qüvvələri (HKQ) raketdən müdafiə sisteminin yeni raketini sınaqdan keçirib.
“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, aprelin 26-da Qazaxıstanın Sarı-Şağan poliqonunda keçirilən Rusiyanın raket əleyhinə müdafiə sisteminin yeni bir raketinin növbəti sınaq atışı uğurla nəticələnib.
Hava-Kosmik Qüvvələrin raket əleyhinə sistemlər birləşməsinin komandiri general-mayor Sergey Qrabçuk, raketi sınaqları zamanı döyüş hesablarının verilmiş dəqiqliklə şərti hədəfi müvəffəqiyyətlə vurduqlarını söyləyib. Bundan başqa, sınaqlar seriyasından sonra raket öz xüsusiyyətlərini təsdiqləyib.
Daha əvvəl, “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə general-mayor Qrabçuk yeni raket yeni raketdən müdafiə sisteminin döyüş qabiliyyətini genişləndirəcəyini və xüsusiyyətlərini yaxşılaşdıracağını söyləyib. O, həmçinin düşmənin döyüş başlıqlarını məhv edən raket əleyhinə raketin uçuş sürətinin saniyədə 3 km-dən çox olduğunu, bunun da Kalaşnikov avtomatının gülləsinin sürətinin dörd qatından çox olduğunu dəqiqləşdirmişdir.
Bundan bir müddət əvvəl isə “Voyenno-Promışlennıy Kuryer” nəşri ABŞ-ın raket zərbəsi zamanı Rusiyanın fəaliyyətlərini təsvir etmişdi. Kütləvi informasiya vasitələrinin qeyd etdiyi kimi, Rusiya, 2024-cü ilə qədər yerləşdirilməsi planlaşdırılan “Kupol” vahid kosmik sistemi sayəsində ehtimal edilən düşmənin, xüsusilə də ABŞ-ın ballistik raketlərinin buraxılışlarına nəzarət edə biləcək. Belə ki, düşmən tərəfindən raketlərin atılması barədə məlumat alınması halında, məlumatlar orbital qruplaşmanın komanda məntəqələrinə göndəriləcəkdir. Orada mütəxəssislər məlumatın etibarlılığını qiymətləndirəcək, bundan sonra məlumat Mərkəzi Komanda Məntəqəsinə daxil olacaq.
Raket əleyhinə müdafiə sistemi Hava-Kosmik Qüvvələrinin silahlanmasında durur və hava-kosmik hücum silahlarından gələn zərbələrdən qorunmaq üçün təyin efilib.
Əhəd Əzizov




