Rusiyada “Yars” qitələrarası ballistik raketi ilə atış həyata keçirilib

Rusiyada “Yars” qitələrarası ballistik raketi ilə atış həyata keçirilib

Rusiya Silahlı Qüvvələri ölkədə keçirilən təlim zamanı “Yars” qitələrarası ballistik raketi və “Sineva” ballistik raketi ilə atışlar həyata keçirib.

“Poliqon” Rusiya prezidentinin rəsmi saytına istinadə xəbər verir ki, Rusiyanın dövlət başçısı Vladimir Putin təlimi videobağlantı vasitəsi ilə canlı olaraq izləyib və ona rəhbərlik edib.

Bildirilib ki, təlim zamanı “Yars” qitələrarası ballistik raketi Kamçatkanın Kura poliqonunda yerləşən Plesetsk kosmodromundan, “Sineva” ballistik raketi isə Barens dənizindəki “Tula” nüvə sualtı qayığından buraxılıb.

Bundan başqa, təlimdə qanadlı raketlərlə silahlandırılmış Tu-95MS bombardmançı təyyarələri də iştirak edib.

CATEGORIES
TAGS