Rusiyada yeni gəmilərin inşası üçün 100 milyard ABŞ dolları ayrılıb

Rusiyada yeni gəmilərin inşası üçün 100 milyard ABŞ dolları ayrılıb

Qarşıdakı onillikdə Rusiya Hərbi Dəniz Qüvvələri üçün yeni gəmi və qayıqların inşasına 8.4 trilyon rubl (100.9 milyard ABŞ dolları) ayrılıb.

“Poliqon” xəbər verir ki, bunu “Hərbi Dəniz Qüvvələrinin 2050-ci ilədək inkişaf strategiyası” mövzusunda keçirilən müşavirə zamanı Rusiya prezidenti Vladimir Putin açıqlayıb.

Müşavirədə son beş il ərzində Rusiya HDQ üçün müxtəlif siniflərə aid 49 gəminin inşa edildiyi bildirilib.

Qeyd olunub ki, 2020-ci ildən indiyə kimi “Borey-A” layihəsinin dörd strateji sualtı qayığı və “Yasen-M” layihəsinin dörd çoxməqsədli sualtı qayığı Rusiya Hərbi Dəniz Qüvvələrinin donanmasına daxil edilib.

CATEGORIES
TAGS