
Rusiyada “Sumrak” adlı yeni snayper tüfəngi yaradılıb.
“AzeriDefence”nin məlumatına görə, “Lobaev Arms” şirkətinin məhsulu olan SVLK-14S “Sumrak” tüfəngi 4 km məsafədə hədəfi məhv edə bilir.
Şirkətin direktoru Nikolay Lobayev deyib ki, yeni snayper tüfəngi patronunun çəkisi daha çoxdur.
Direktor bildirib ki, “Sumrak”ın növbəti sınaqlarına yaxın vaxtlarda başlanılacaq.
2017-ci ilin sonlarına kimi müəssisə 100 bu tip tüfəngin istehsalını reallaşdıra biləcək.
Artıq “Sumrak”ın alman snayper tüfəngi AMP DSR-1-lə müqayisəli sınaqları da aparılıb.



