
Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin nümayəndə heyəti İrana səfər edəcək.
“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, Komitənin sədri Viktor Ozerovun rəhbəri olduğu nümayəndə heyəti martın 1-6 tarixlərində İranın müvafiq qurumlarında görüşlər keçirəcək.
Səfər zamanı Rusiya-İran hərbi texniki əməkdaşlığı, o cümlədən bu sahədə əlaqələrin daha da gücləndirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi əsas müzakirə mövzusu olacaq.



