Xəbərlər
Rusiyanın hərbi helikopterləri Dağlıq Qarabağda sülhməramlı əməliyyatlara cəlb ediləcək

Rusiya Hava-Kosmik Qüvvələrinin helikopterləri Dağlıq Qarabağda sülhməramlı əməliyyatlara cəlb ediləcək.
Bu barədə “Azeri Defence” saytı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus 8 ədəd Mi-8 və Mi-24 hərbi helikopteri An-124 “Ruslan” hərbi nəqliyyat təyyarəsi ilə İrəvandakı hava limanına gətirilib.
Helikopterlər Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin hava monitorinqini həyata keçirmək, eləcə də sülhməramlı kontingentin maddi-texniki təchizatı və şəxsi heyəti çətin olan ərazilərə çatdırmaq üçün sülhməramlı əməliyyatlara cəlb ediləcək.




