
Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinə daxil olan raket briqadası “İskander-M” taktik raket kompleksinin təlimlərini keçirəcək.
“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təlimlərə Rusiyanın Şimali Osetiya Respublikasında dislokasiya olunan raket briqadası cəlb olunub.
Adıçəkilən briqadaya məxsus “İskander-M”in təlimləri Həştərxan vilayətində yerləşən poliqonda baş tutacaq.
Poliqonda digər raket sistemlərinin də təlimləri həyata keçiriləcək.




