Rusiyanın yeni tapançası – FOTO
Rusiyanın son model tapançası olan “Strike”nin (9 mm çaplı) bu ilin sonunadək seriyalı istehsalına başlanacaq. “AzeriDefence”nin məlumatına görə, hazırda İjevsk Maşınqayırma Zavodu tapançanın sınaqlarını keçirir.
“İjmaş” şirkətinin baş direktoru Maksim Kuzyukun jurnalistlərə verdiyi məlumata görə, yanvarın sonunda silah ustaları “Strike”ni baş nazirin müavini Dmitri Roqozinə nümayiş etdiriblər. Tapança anoloqlarından xarici qoruyucuların yoxluğuyla fərqlənsə də, ani atış üçün tamamilə təhlükəsiz hesab olunur. Başqa sözlə, silah “çıxart – güllələ” prinsipi ilə çalışır.
Tapançada darağın mağazanın dəyişməsi prosesi sürətləndirilib, tezatma qabiliyyəti yaxşılaşdırılıb.
KATEQORIYA: Sənaye