Xəbərlər
Rusiyaya məxsus hərbi yük maşını Ermənistanda qəzaya uğrayıb

Ermənistanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Qoşunlarına məxsus hərbi yük maşını qəzaya uğrayıb.
“Poliqon” Rusiya mətbuatına istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində bir hərbi qulluqçu ölüb, digəri isə yaralanıb.
Rusiya FTX-nin Sərhəd Qoşunlarına məxsus yük avtomobili İrəvan-Mehri avtomobil yolunun 80-ci km-də Tiqranaşen ərazisində yolun hərəkət hissəsindən çıxıb və təxminən 150 m dərəyə yuvarlanıb.
Əhəd Əzizov




