
Rusiya müdafiə sənayesinin yeni məhsulu olan S-400 zenit-raket kompleksi (ZRK) döyüş növbətçiliyinə qəbul edilib.
Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Alay şəklində daimi dislokasiya yerində xidmətə başlayan S-400 Moskva və paytaxt ətrafı vilayətlərin hava hücumundan müdafiəsini həyata keçirəcək.
Yeni zenit-raket kompleksi daimi dislokasiya yerinə Kapustin Yar və Həştərxan bölgəsaindəki təlim mərkəzlərindən gətirilib.
Məlumatda o da qeyd olunub ki, 2017-ci il ərzində daha dörd S-400 ZRK döyüş növbətçiliyinə başlayacaq.



