S-500 hazırlanır

“S-500” zenit raket sisteminin yaradılması istiqamətində işlərə başlanılıb, qurğunun maket-eskisləri hazırlanır. “AzeriDefence”nin xəbərinə görə, bunu Rusiya müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin silahlanma üzrə rəisi Aleksandr Suxorukov yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, artıq “Almaz-Antey” şirkəti “S-500”ün əsas hissələrinin eskizlərinin formalaşdırılması prosesinə start verib.

Nazir müavini qeyd edib ki, “S-500” “Silahlanma üzrə Dövlət Proqramı 2020” çərçivəsində istehsal olunacaq: “Uzaqmənzilli raketlərin məhv edilməsi məqsədilə yaradılan bu zenit sisteminin istehaslı üçün texniki layihələndimə, əsas qurğularının eskizlərinin hazırlnaması və sənədləşmə işlərinə başlanılıb”.

Suxorukov “S-400” zenit-raket sistemlərinin silahlı qüvvələrə verilməsi prosesinin geniş miqyasda davam etdirildiyini də diqqətə çatdırıb: “Hazırda döyüş növbəsində “S-400”lə təchiz olunan üç alay xidmət aparır”.

CATEGORIES