
Zenit-raket kompleksinin ilk nümunəsi 2020-ci ildə hazır olacaq
Rusiyanın S-500 zenit-raket kompleksinin (ZRK) ilk nümunəsi 2020-ci ildə hazır olacaq.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Yuriy Borisov jurnalistlərə açıqlamasında deyib.
O deyib ki, hazırda qəbul olunmuş plana uyğun olaraq S-500 ZRK-nın yaradılması işləri davam etdirilir.
Məlumatda o da bildirilib ki, S-500 ZRK “yer-hava” raket sistemləri sinifinə daxil olan, universal kompleks olacaq. Bu kompleks təkcə ballistik və qanadlı raketləri deyil, həmçinin müxtəlif tip aviasiya vasitələrini də aşkarlayaraq məhv edə biləcək.
S-500 ZRK-nın hədəfi məhv etmə radiusu 600 km olacağı nəzərdə tutulub. ZRK eyni vaxtda saniyədə 7 km / sürətlə uçan 10 ballistik raket hədəfini, o cümlədən hipersəsli raketləri də aşkar etmək imkanına malik olacaq.



