S-500 “Prometey” ZRK-nin ilk görüntüləri yayımlanıb – VİDEO

S-500 “Prometey” ZRK-nin ilk görüntüləri yayımlanıb – VİDEO

Xəbər verdiyimiz kimi, iyulun əvvəlindən Rusiyanın S-500 “Prometey” hava hücumundan müdafiə sisteminin atış sınaqları keçirilir. S-500 “Prometey”in sınaqlar çərçivəsində atışının keçirildiyini göstərən görüntüləri yayılıb.

“Poliqon” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdə Volqoqraddan təqribən 100 km şərqdə yerləşən Kapustin-Yar poliqonunda keçirilən sınaq atışları zamanı S-500 zenit-raket kompleksinin (ZRK) yüksək sürətli ballistik hədəfi məhv etdiyi göstərilib.

Bildirilib ki, testlər tamamlandıqdan sonra S-500 “Prometey” ZRK Silahlı Qüvvələrin Moskvadakı hava hücumundan müdafiə bölmələrinə təhvil veriləcək.

Həmçinin bax – S-500 “Prometey” ZRK-nin döyüş atışlı sınaqları keçirilib

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş