S-97 Raiderin prototipləri gələn ilə hazır olacaq
Sikorsky şirkəti ABŞ Ordusunun sifarişi əsasında S-97 Raider yüksək sürətli kəşfiyyat helikopterinin iki prototipinin quraşdırılmasına başlayıb. Bu barədə “AzeriDefence” “Flightglobal” saytına istinadən məlumat verib.
Prototiplərin quraşdırılması 2013-cü ilin ortalarında yekunlaşacaq. Helikopterin birinci sınaqları 2014-cü ildə başlanacaq.
S-97 Raider helikopteri X2 yüksək sürətli prototipi əsasında hazırlanır və koaksial daşıyıcı vintlərlə, itələyən quyruq vint və kiçik qanadlarla təchiz edilib. İstehsalçı şirkətin qiymətləndirmələrinə görə, helikopter 460 km/saatdan yuxarı sürət yığa biləcək.
Proqnozlara görə, S-97 Raider ABŞ Ordusunun köhnəlmiş Bell OH – 58 “Kiowa Warrior” kəşfiyyat helikopterlərini əvəz edəcək.
KATEQORIYA: Aerospace