“Saab” Danimarkadan Döyüş Təlim Mərkəzi üçün sifariş alıb

“Saab” Danimarkadan Döyüş Təlim Mərkəzi üçün sifariş alıb

İsveçin “Saab” şirkəti Danimarkanın Müdafiə Satınalmaları və Logistika Təşkilatından Döyüş Təlim Mərkəzi üçün sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri 680 milyon İsveç kronudur (71.7 milyon ABŞ dolları) və çatdırılmalar 2025–2027-ci illər arasında həyata keçiriləcək.

Sifariş çərçivəsində hərbçilər və hərbi nəqliyyat vasitələri üçün genişmiqyaslı təlim sistemləri paketi, tank əleyhinə və snayper təlim silahları, həmçinin rabitə sistemləri və təlim sonrası analiz üçün istifadə edilən EXCON adlı idarəetmə proqram təminatı təmin ediləcək. “Saab”, həmçinin Danimarkada dörd təyin olunmuş məkanda təlim dəstəyi də göstərəcək.

Döyüş Təlim Mərkəzi, “Saab” şirkətinin dünyada qabaqcıl olan canlı (real şəraitli) təlim həllərinin bir hissəsidir və hərbi təlim üçün tam bir paket təqdim edir.

CATEGORIES