“Saab” İsveçin “Jas 39 Gripen C/D” döyüş təyyarələrini təkmilləşdirəcək

“Saab” İsveçin “Jas 39 Gripen C/D” döyüş təyyarələrini təkmilləşdirəcək

“Saab” şirkəti İsveç Silahlı Qüvvələrinə məxsus “Jas 39 Gripen C/D” döyüş təyyarələrini modernləşdirəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Saab” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, bununla əlaqədar olaraq şirkət və İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) arasında 3.5 milyard İsveç kronu (336.8 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən “Saab” “Jas 39 Gripen C/D” qırıcılarının təkmilləşdirmə işlərinə 2023-cü ildə başlayacaq və 2029-cu ildə yekun vuracaq.

Müasirləşdirmə nəticəsində qırıcılar uçuş və manevr bacarıqlarının yüksəldilməsi üçün yeni mühərrik, döyüş qabiliyyətlərinin artırılması üçün isə daha effektiv hücum imkanları, elektron müharibə (EW) və avionik sistemlər ilə təchiz olunacaq.

Həmçinin qeyd edək ki, tərəflər arasında İsveç Silahlı Qüvvələrinə məxsus bütün növ “Gripen” tipli döyüş təyyarlərinə təmir və texniki xidmət dəstəyinin göstəriləməsi üçün də 3.4 milyard İsveç kronu ( 327.2 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Bu müqavilənin şərtinə görə, servis dəstəyinin göstərilməsi ilə bağlı işlər 2023-2025-ci illəri əhatə edəcək.

Poliqon.az

CATEGORIES
TAGS