
Dənizlərdəki təhdidləri aradan qaldırmaq məqsədilə “Kayacı Savunma” şirkəti tərəfindən hazırlanan avtonom kamikadze insansız dəniz aparatı (İDA) CELLAT ilk dəfə SAHA 2026 sərgisində nümayiş etdirilib.
“Poliqon” xəbər verir ki, universitet-sənaye əməkdaşlığı çərçivəsində tamamilə yerli və milli imkanlarla hazırlanan CELLAT-ın qısa testləri həyata keçirilib, yaxın zamanda isə genişmiqyaslı sınaqların keçirilməsi planlaşdırılır.
İDA-nın 2 ay ərzində döyüş tapşırıqlarına hazır vəziyyətə gətirilməsi hədəflənir.
CELLAT kamikadze İDA 5 metr uzunluğa və 1,7 metr enə malikdir. Təxminən 50 knot sürətə çatan, 450 dəniz mili fəaliyyət radiusuna sahib olan CELLAT, 500 kiloqram faydalı yük daşıya bilir.





