
“Sapsan” mobil antidron kompleksi MILEX-2025 sərgisində nümayiş olunacaq
Belarus Dövlət Hərbi Sənaye Komitəsi “Sapsan” mobil antidron kompleksini 21-24 may tarixlərində Minsk şəhərində keçiriləcək MILEX-2025 XII Beynəlxalq Silah və Hərbi Texnika Sərgisinə nümayiş etdirəcək.
Bu barədə “Poliqon” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən xəbər verib.
“Sapsan” mobil antidron kompleksi kritik əhəmiyyətli obyektləri kiçik pilotsuz uçuş aparatlarından (PUA) qorumaq üçün nəzərdə tutulub. Kompleks, avtomatlaşdırılmış rejimdə PUA-ların axtarışını, aşkarlanmasını, izlənməsini, elektron söndürülməsini və vurularaq məhv edilməsini həyata keçirir.
Belarus Silahlı Qüvvələri tərəfindən istismara qəbul olunmuş MZKT-500-200-010 taktiki yük maşınının şassisi üzərinə quraşdırılan “Sapsan” açıq sistem arxitekturasına malikdir ki, bu da ona müxtəlif sistemlərin (radar, elektro-optik, elektron kəşfiyyat, döyüş modulu və s.) inteqrasiyasına imkan verir.